Məşhur həkim və arvadı qəzada öldü - 2 aylıq uşağı sağ qaldı

6 Avqust 2016 10:22 (UTC+04:00)

"KİA" markalı minik avtomobilinin "VAZ" markalı minik avtomobili ilə toqquşub. Nəticədə, "KİA" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əkbərov Əli Əsəd oğlu, həyat yoldaşı 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb.

Əli Əkbərov kardioloq olub. O, Bakının məşhur klinikasında işləyirmiş.

Elə maşında da həyat yoldaşı Leyla, 2 aylıq övladları Yunus Əkbərov və qayınatası Yunus Əsgərxan oğlu Salahovla bərabər olub.

Qəza nəticəsində Əli Əkbərov xanımı Leyla ilə dünyasını dəyişsə də, 2 aylıq Yunusun sağ qaldığı deyilir.

Qafqazinfo.az