8 idmançımız olimpiadada mübarizəyə qoşulur - Siyahı

6 Avqust 2016 11:35 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, təmsilçilərimiz 7 dəst medal uğrunda mübarizə aparacaq. Onlardan Orxan Səfərov, Ruslan Lunyov və Maksim Averin ilk medalımızı qazanmaq uğrunda mübarizə aparacaqlar. Digər idmançılarımız isə birinci görüşlərinə çıxacaqlar.

Belə ki, 49 kq çəki dərəcəsində rinqə çıxacaq həmyerlimiz Rüfət Hüseynov ilk döyüşünü Matias Hamunyelaya (Nambiya) qarşı keçirəcək. Hüseynov qalib gələrsə, 1/8 finalda Birjan Jakipovla üz-üzə gələcək.

Orxan Səfərov ilk cəhddə Xuan Postiqosu (Peru) sınağa çəkəcək. Məhz Rio-de-Janeyroda dünya çempionatının bürünc medalını qazanan Səfərov mərhələ adlayarsa, 1/8 finalda Ahmed Abelrahman (Misir) – Otar Bestayev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Akademik avarçəkmə

I təsnifat

Aleksandr Aleksandrov - Boris Yotov. 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüş – saat 18:30 – 19:00

Boks

1/16 final
Rüfət Hüseynov – saat 00:15

Cüdo
1/16 final
Orxan Səfərov (60 kq) – saat 19:40

Güllə atıcılığı
Ruslan Lunyov. 10 metr, pnevmatik tapança ilə – saat 20:00

İdman gimnastikası
I təsnifat mərhələsi
Oleq Stepko, Pavlo Paxnyuk – saat 17:30-04:00

Velosiped idmanı (şosse)
Maksim Averin – saat 16:30-23:10

Xatırladaq ki, dünən ilk yarış günündə Azərbaycan yığmasının da bir üzvü mübarizəyə qoşulub. Olimpiya yığmamızın ilk sınaqçısı isə kamandan oxatan Olqa Senyuk 64 idmançı arasında mübarizə aparıb. Təmsilçimiz bu yarışda 623 xal toplayaraq, 37-ci yerlə kifayətlənməli olub.

Aygün