Bu KİV-lərdə efir ödənişsiz olacaq - Siyahı

6 Avqust 2016 12:20 (UTC+04:00)

Bu barədə AzNews.az-a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Həmin KİV-lər bunardır:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- "Azərbaycan" qəzeti;

- "Xalq qəzeti";

- "Bakinski raboçi" qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları referendumqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.