Azərbaycanlı cütlük yarımfinala yüksəldi

6 Avqust 2016 20:49 (UTC+04:00)

Akademik avarçəkmədə ölkəmizi təmsil edən Aleksandr Aleksandrov və Boris Yutov cütlüyü yarımfinala yüksəliblər.

İki nəfərlik qayıqda 2000 metr məsafə üzrə yarışların təsnifat mərhələsində ilk qrupda mübarizə aparan təmsilçilərimiz 6:40,52 nəticə göstərərək 5 cütlük arasında ikinci yeri tutublar.

Bu nəticə komandamızı yarımfinala yüksəldib.


Apasport.az