Rio-de-Janeyroda partlayış

6 Avqust 2016 21:13 (UTC+04:00)

Hazırda mətbuat nümayəndələri üçün nəzərdə tutulan tribunanın arxasında istehkamçılar işləyir.

Rio-de-Janeyroda istehkamçılar Yay Olimpiya Oyunlarının velosiped şosesi yaxınlığında idarə olunan partlayış həyata keçiriblər.

TASS-ın məlumatına görə, finiş xəttində partlayıcı qurğuya bənzər əşya aşkarlanıb. Təşkilatçılar hadisə yerinə istehkamçıları çağırıblar. Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, qeyd olunan velosiped şosesində 237 km distansiyada kişilər arasında yarış keçirilir.

APA.az