Su quyusuna düşən şəxs xilas edildi - Bakıda

6 Avqust 2016 21:37 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı quyudan çıxarıb və Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verib.