Futbolçuları daşıyan avtobus qəzaya düşdü - 20 yaralı

6 Avqust 2016 22:07 (UTC+04:00)

Bu barədə Rumıniya FHN-nin məlumatında bildirilir.

Məlumata görə, qəza Hunedoara rayonunda baş verib. Yük maşını yol hərəkəti qaydalarını pozaraq, qarşı zolağa çıxıb və avtobusla toqquşub.

Avtobusda qəza zamanı 17-26 yaşlarında 18 gənc olub. Komanda Deva şəhərində keçiriləcəyi planlaşdırılan matça yollanırmış.


APA.az