Göygöldə qətl - 63 yaşlı kişi həmkəndlisini bıçaqladı

7 Avqust 2016 10:24 (UTC+04:00)

Hadisə ötən gün rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Kənd sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Qocayev həmkəndlisi, 1960-cı il təvəllüdlü Cəlal Həsənovu bıçaqla qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Göygöl rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.


APA.az