“Range Rover“ at arabası ilә toqquşdu - Ölən və yaralananlar var

7 Avqust 2016 10:56 (UTC+04:00)

"Range Rover" markalı avtomobil at arabası ilә toqquşub.

Nәticәdә bir nәfәr ölüb, iki nәfәr xәsarәt alıb.

Ölәn şəxs – Xaçmaz rayonu Bәyqışlaq kәnd sakini Sәfәrәliyev Anar Qәzәnfәr oğlu xәstәxanaya aparılarkən dünyasını dәyişib. Hadisədə xәsarәt alanlar isə Qaradağbuduq kәnd sakini, 1996-cı il tәvәllüdlü Sәfәrәliyev Nurlan Qafar oğlu vә Quba rayonu, Vәlvәlә kәnd sakini, 1979-cu il tәvәllüdlü Mәhәmmәd Mansurovdur.

M. Mansurovun vәziyyәti ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.


APA.az