Ruhaninin Azərbaycana səfəri başladı - Fotolar

7 Avqust 2016 11:06 (UTC+04:00)

Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentini baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

H. Ruhani bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, sabah isə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşə qatılacaq.