Türkiyədə terror törətməyə çalışan 35 İŞİD üzvü saxlanıldı - Aralarında canlı “bomba“da olub

7 Avqust 2016 11:29 (UTC+04:00)

500 polis əməkdaşının iştirak etdiyi xüsusi əməliyyat zamanı terror əməliyyatına hazırlıq görən, aralarında canlı "bomba"nın da olduğu 35 nəfər saxlanılıb.

Zirehli maşınlarla əvvəlcədən planlaşdırılmış ünvanlara gedən polis ayrı-ayrı mənzillərdə terrorçulara məxsus çoxlu sayda sənədi müsadirə edib.

Zərərsizləşdirilənlər arasında polisin 2 gün əvvəl keçirdiyi əməliyyatda saxlanılıb məhkəmə tərəfindən sərbəst buraxılmış 20 nəfərin olması üzə çıxıb.

İŞİD üzvləri Adana Polis İdarəsinə aparılıb.


Report.az