Röya Türkiyədəki mitinqdə - Video

7 Avqust 2016 21:58 (UTC+04:00)

Müğənni mitinqin baş tutacağı əraziyə yola düşmədən öncə "Sabah" qəzetinin əməkdaşlarına açıqlama verib. Röyanın açıqlama verdiyi video görüntülər "Twitter"-də yayımlanıb. O bildirib ki, mitinqə Azərbaycanın adından qatılacaq: "Bu gün türklər birlik göstərir. Çox sevinirəm ki, vətənim adından burda iştirak edirəm. Hər kəsə uğurlar arzulayıram. Sözünüz daim keçərli, yumruğunuz dəyərli olsun. Biz sizi çox sevirik".

Musavat.com