Azyaşlı uşağın əli ətçəkən maşında qaldı - Gəncədə

7 Avqust 2016 22:04 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 azyaşlının əlinin ətçəkən maşında sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlının əlini məişət avadanlığından çıxarıblar.