Bu gün prezidentlərin üçtərəfli görüşü keçiriləcək - Bakıda

8 Avqust 2016 09:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüş zamanı xüsusilə terrorizm və narkotrafik ilə mübarizə, Əfqanıstan, Suriya ilə bağlı fikir mübadiləsi aparılacaq, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə ediləcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu görüşün liderlər səviyyəsində ilk üçtərəfli görüş olduğunu vurğulayıb: "Bu formatın tələb edilməsi tamamilə aydındır. Bu üç ölkə iqtisadiyyat, təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində bənzər problemlərlə üzləşirlər".

Görüşün üç ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olacağı bildirilir.
Sammitin yekunlarına dair bəyannamə qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, üçtərəfli Bakı sammitinin keçirilməsini cari ilin fevral ayında Putinlə telefon danışığı zamanı Azərbaycan prezidenti İlham Əliyev təklif edib.

Aydan AXUNDOVA