Təcili Tibbi Yardım maşını yandı - Sumqayıtda

8 Avqust 2016 10:06 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı Təcili Tibbi Yardım avtomobilinin mühərriki və idarəetmə lövhəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.