Rio-2016: Bayraqdarımız qələbəylə başladı

8 Avqust 2016 10:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Teymur Məmmədov ilk görüşünə çıxıb. 2012 London Olimpiadasının bürünc və Avropa Oyunlarının qızıl medalçısı olan Məmmədov mübarizəyə 1/16 final mərhələsindən start verib.

Azərbaycan Olimpiya komandasının bayraqdarının rəqibi ukraynalı Denis Solonenko olub.

Əsas medal ümidlərimizdən biri olan təcrübəli idmançımız ilk görüşündə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.

Yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.