Bakıda avtobus yandı

8 Avqust 2016 11:37 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda sərnişin avtobusunun mühərrik hissəsi yanıb.

Avtobusun qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 9:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.