Türkiyə klubundan futbolçumuza jest - “Sən bizə qardaşlarımızın əmanətisən”

8 Avqust 2016 11:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, klubun rəsmi "facebook" hesabında Ramil Şeydayevin üzərində "Sən bizə qardaşlarımızın əmanətisən" sözləri yazılmış şəkli paylaşılıb. Bu da hər iki ölkənin futbolsevərləri tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, Azərbaycan əsilli olmasına baxmayaraq, Rusiya vətəndaşlığı daşıyan R.Şeydayevin millimizdə oynamasına FİFA bu yaxınlarda razılıq verib.

Aygün İlqarqızı