Lənkəranskiyə ölüm hökmü verən “kriminal general”ın məhkəməsi oldu - Moskvada

8 Avqust 2016 12:07 (UTC+04:00)

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsi "qanuni oğru"nun həbsinin qanuni olduğunu təsdiqləyib.

Xatırladaq ki, Moskvanın Tverski məhkəməsi iyulun 13-də Kalaşovun həbs olunması barədə qərar qəbul edib. "Qanuni oğru" pul mənimsəməkdə ittiham edilib.

Qeyd edək ki, Kalaşov məşhur kriminal avtoritet "Ded Xasan"ın güllələnməsindən sonra onun yaratdığı qruplaşmanın liderinə çevrilib.

Şakronun keçirdiyi "sxodka"da azərbayanlı kriminal avtoritet "Rövşən Lənkəranski" "Ded Xasan"ın qətlini təşkil etməkdə ittiham olunub və barəsində ölüm hökmü çıxarılıb.

Aydan