Olimpiadada bədbəxt hadisə - Fotolar + Video

8 Avqust 2016 12:27 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Fransanı təmsil edən idman gimnast Samir Ayt Səid təsnifat mərhələsi zamanı ayağından ciddi zədə alıb. O, dayaqla tullanma hərəkətini edərkən, yerə uğursuz düşüb. 27 yaşlı idmançının ayağı iki yerdən sınıb.

Qeyd edək ki, bu, Samir Ayt Səidin ikinci zədəsidir. 2012-ci il London olimpiadasından öncə Fransanın Monpelye şəhərindəki turnirdə eyni hərəkəti yerinə yetirərkən, onun sağ ayağı qırılmışdı.

Aygün İlqarqızı