Sabah 42 dərəcə isti olacaq

8 Avqust 2016 12:38 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, avqustun 9-da hava yağmursuz olacaq.

Şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 20-30 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.