Qohumlar ev üstündə bıçaqlaşıbmış - Təfərrüat

8 Avqust 2016 14:37 (UTC+04:00)

Sözügedən kənd bələdiyyəsindən AzNews.az-a verilən məlumata görə, olay ev üstündə baş verib: "Hadisə ailə münaqişəsi zəminində baş verib. Ata-ana rəhmətə gedib, onların evi qalıb. Dava həmin ata evinin üstündə düşüb".

Qeyd edək ki, Şəki rayonu Cəfərabad kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Rusiya dövlətinin Tümen vilayətində qeydiyyatda olan Qiyas Rüstəmov və həyat yoldaşı Lyudmila Sazanova bir neçə gün əvvəl Cəfərabad kəndinə qonaq gəlib. Q.Rüstəmovun qardaşı oğlu Vüsal Rüstəmovla mübahisələri düşüb. Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib.

Bahar RÜSTƏMLİ
AzNews.az