Bakıda yanğın - İki nəfər tüstüdən zəhərləndi

8 Avqust 2016 16:36 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 30 m2 olan 2 otaqlı mənzilin mətbəxində 6 m2 sahədə əşyalar yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.