Atası məşhur idmançını övladlıqdan çıxardı - FETÖ-nü dəstəklədiyi üçün

8 Avqust 2016 18:06 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, tanınmış basketbolçunun atası Mehmet Kanter Yazdığı məktub ilə prezident Rəcəb Tayyib Ərdoğan və Türk xalqından üzr istəyib. Həmçinin ata Kanter açıqlamasında oğlunu "mənəvi olaraq" övladlıqdan rədd etdiyini təsdiqləyib.

Mehmet Kanter 30 ilə yaxındır bu vətənə xidmət etdiyini söyləyib və övladının davranışlardan narahat olduğunu ifadə edib. O oğlunun ABŞ-a getdiyi vaxtdan "beyninin yuyularaq" FETÖ-yə çəkildiyini söyləyib:
"Belə olacağını bilsəydim oğlumu ABŞ-a heç göndərməzdim.
Oğluma səni övladlıqdan rədd edərəm dediyimdə mənə üz çevirdi . Bu vəziyyət məni narahat edir. Uzun müddətdir ki, Enesle əlaqəmiz yoxdur. Bütün Kanter ailəsi Enesin övladlıqdan rədd edilməsi mövzusunda eyni fikirdədir".

Aygün İlqarqızı