İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi

8 Avqust 2016 19:13 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir: "Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".