Azərbaycan Olimpiadada ilk medalını qazandı - Yenilənib + Fotolar
8 Avqust 2016 23:47 (UTC+04:00)
25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına məğlub edib. Növbəti mərhələdə isə onun rəqibi Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub.
Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) olacaq.
19:28
***
Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.
AzNews.az xəbər verir ki, Rüstəm Orucov cüdo yarışlarının final mərhələsinə yüksəlib.