İki qardaş bıçaqlandı - Bakıda
8 Avqust 2016 19:44 (UTC+04:00)
Rayonun D.Bünyadzadə küçəsi ev 12 ünvanın qarşısında Ümüd adlı və diqər iki nəfər naməlum şəxs orada yaşayanlar - 1992-ci il təvəllüdlü Abdulla Bağırovu və qardaşı, 1996-ci il təvəllüdlü Qadir Bağırovu döyərək bıçaqla bədənin müxtəlif nahiyələrinə xəsarət yetiriblər. Nəticədə iki qardaş kəsilmiş-deşilmiş yaraları ilə Kliniki Tıbbi Mərkəzinə daxıl olublar.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Elmar Quluzadə tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Report.az