“Ona görə hər şeydən uzaqlaşmışam” - Əməkdar artist

8 Avqust 2016 22:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Musavat.com-a açıqlama verən aktrisa bildirib ki, ərə getməsi barədə xəbərin böyük səs-küylə qarşılanacağını düşünməyib: "Tanınmış, sevilən insanın həyatı daima insanlar və mətbuat üçün maraqlı olub. Bu qaçılmaz haldır. Mən də ailə quracağım xəbərini gizlətmədim. Həyatımda hər şey yaxşıdır. Bu barədə çox danışmaq istəmirəm. Onu deyə bilərəm ki, qadını sevgi gözəlləşdirir. Bilirdim ki, ərə getməyim barədə xəbər mətbuatda səs-küy yaradacaq. Amma bu qədər maraqla qarşılanacağını düşünmürdüm. Çoxları mənə təbriklər yazır, onlara təşəkkür edirəm".

Əməkdar artist Türkiyədə yaşanan terror və hərbi çevrilişə cəhddən də söhbət açıb:
"Mən bir ziyalı xanımam. Mətbuatı daima izləyirəm, gündəmdə olan məsələlərdən xəbərdaram. Türkiyədə yaşananlar məni çox üzdü. Biz də türkük, qanımız, canımız birdir. Orada yaşanan terror hadisələri, hərbi çevrilişə cəhd məni məyus etdi. Terror insanlığın bir növ ölməsi, insanların vəhşiləşməsidir. Bu hadisələr məni üzdüyü üçün çox vaxt "Facebook" səhifəmə girmirəm. Çox şeyləri izləmək istəmir. Bu hadisələr bir qadın, bir ana kimi məni ağrıdır. İstəyirəm ki, bizim Türkiyəmiz həmişə var olsun, düşmənləri çatlatsın, həmişə yüksəlsin. Onlar bizim can qardaşlarımızdır .
Artıq çalışıram ki, xəbərləri izləməyim. Bəzən görürəm ki, körpə uşaqların başını kəsirlər. Qəlbim ağrıyır, dözə bilmirəm. Ona görə hər şeydən müvəqqəti uzaqlaşmışam".

Bir müddət öncə əsəb sarsıntısı keçirdiyi üçün xəstəxanaya yerləşdirilən aktrisa bildirib ki, hazırda səhhəti yaxşıdır və özünü normal hiss edir.