100 insanın ölümünə səbəb olan partlayışı İŞİD törədibmiş

8 Avqust 2016 23:38 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində xəstəxanada törədilən partlayış nəticəsində 100-dək insan həlak olub.

Partlayıcı qurğu bundan əvvəl qətlə yetirilən tanınmış vəkil Bilal Ənvər Kasi ilə vidalaşma zamanı işə düşüb. İlkin ehtimala əsasən, partlayışı terrorçu-kamikadze törədib.


APA.az