“Qarabağ”ın oyunlarının başlama vaxtı açıqlandı

9 Avqust 2016 13:57 (UTC+04:00)

AzNews.az İsveç klubunun saytına istinadən xəbər verir ki, Höteborqun "Qamla Ullevi" stadionunda keçiriləcək ilk qarşılaşma avqustun 18-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA-nın rəsmi saytının məlumatına görə, bu komandalar arasında Bakıda oynanılacaq cavab görüşü isə avqustun 25-i saat 20:30-da başlayacaq.