“Zənginiz bizi xoşbəxt etdi” - Ərdoğan Putinlə görüşdə

9 Avqust 2016 15:45 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib: "Belə bir vaxtda zəng etdiyiniz üçün təşəkkür edirəm. Xoş olmayan qiyam olaynından sonra görüşdük. 15 iyul hərbi çevrilişə cəhd hadisəsindən sonra bizə zəng etməyiniz xalqımızı və hakimiyyət nümayəndələrini xoşbəxt edib".