15 yaşlı oğlanın son məktubu - “Sənsiz yaşaya bilmərəm”

9 Avqust 2016 15:49 (UTC+04:00)

Əldə edilən məktub 15 yaşlı Teymur Həsənlinin sevdiyi qıza xitabən yazılıb.

İntihar hadisəsinin baş verdiyi çilingər sexinin sahibinin polisə verdiyi ifadəsi əldə edilib. Usta bildirib ki, Teymur faciənin baş verdiyi gün səhərdən onunla işləyib. Hava isti olduğu üçün sonradan usta deyib ki, axşam tərəfi işlərini davam etdirərlər. Sexə qayıdanda isə qapının içəridən bağlı olduğunu görüb. Qapını açanda isə dəhşətlə üz-üzə qalıb. Teymurun trosdan asılmış bədəni sexdə onu qarşılayıb.

Teymur məktubunda sevdiyi qızın adını yazmayıb. Lakin son sözlərini sevdiyi qıza ünvanlayıb: "Səni çox sevirdim, ancaq sən mənim sevgimə cavab vermədin. Bilirəm ki, elədiyim günahdır. Ancaq bu dünyada sənsiz yaşaya bilmərəm".

Lent.az