Azərbaycanda klub prezidenti istefa verdi

9 Avqust 2016 17:15 (UTC+04:00)

AzNews.az klubun saytına istinadən xəbər verir ki, klub təsisçilərinə müraciət edən Astanov işlərinin çoxluğu ilə əlaqədar vəzifəsindən ayrılmaq istədiyini bildirib.

"Zirə"də prezident vəzifəsini müvəqqəti olaraq icraçı direktor Natiq İsmayılov yerinə yetirəcək.

Qeyd edək ki, "Zirə" ötən mövsüm Topaz Premyer Liqasının gümüş mükafatçısı olub.