Xəzərdə 22 yaşlı gənc boğuldu

9 Avqust 2016 19:40 (UTC+04:00)

AzNews.az
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1994-ci il təvəllüdlü, Ömərov Məhəmməd Fikrət oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:00-da başa çatıb.