Özünü sayt redaktoru kimi təqdim edən şəxs qadını döydü - Foto

9 Avqust 2016 20:10 (UTC+04:00)

Bu gün günorta saatlarında rayon sakini Əfqan Sadıqov şəxsi münasibətlər zəminində Qarazəncir kənd sakini Aliyə Əşrəf qızı Zeynalovanı döyüb. Vəziyyəti ağırlaşan qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, A.Zeynalovanın vəziyyəti ağırdır.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşırma aparılır.

Report.az