21 yaşlı oğlan bıçaqlandı - Bakıda

10 Avqust 2016 10:34 (UTC+04:00)

Rayonun Biləcəri qəsəbəsində naməlum şəxs qəsəbə sakini 1995-ci il təvəllüdlü Murad Hacıyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı 1 saylı Kliniki Tıbbı Mərkəzə yerləşdirilib.

Araşdırmalar zamanı M.Hacıyevi bıçaqlayan şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, Naxçıvan şəhər sakini 1967-ci il təvəllüdlü Ülfət Hüseynovdur. Onun tutulması üçün əməliyyət tədbirləri keçirilir.

Report.az