İkiqat dünya çempionumuz olimpiadaya qələbə ilə başladı - 1/8 finalda

10 Avqust 2016 12:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 30 yaşlı idmançının 1/16 final mərhələsindəki rəqibi mərakeşli Mohammed Arjaui olub. İlk raunddan üstün təsir bağışlayan Azərbaycan boksçusu sonadək təşəbbüsü əldən verməyib.
Beləliklə, döyüş Məcidovun qələbəsi ilə yekunlaşıb - 3:0.

Avropa və ikiqat dünya çempionunun 1/8 finaldakı rəqibi qazaxıstanlı İvan Dıçko olacaq.