Təhsil Nazirliyindən xaricə oxumağa gedənlərə - Xəbərdarlıq

10 Avqust 2016 13:18 (UTC+04:00)

Bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu, insanları aldatmaqdır və şirkətlər subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir: "Zəmanətin verilməsi hüquqi prosesdir. Təhsil Nazirliyi tərəfindən həmin şirkətlərlə bağlı müraciət olarsa, hüquqi çərçivədə cəzalar tətbiq oluna bilər. İnsanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər. Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir".

APA.az