Rövşən Lənkəranskinin dəstəsi dağıdıldı - Foto + Video

10 Avqust 2016 14:06 (UTC+04:00)

Mütəşəkkil cinayətkar qruplaşma iş adamlarından külli miqdarda pul və əmlak ələ keçirməklə məşğul olub.

"Qanuni oğru"nun adamları yığıncaq üçün Nijni Tagilə toplaşıblar. Polis bu görüşdən xəbərdar olub və qəfildən basqın edilib. Əməliyyat zamanı yığıncağa toplaşanlar müqavimət göstəriblər. Etnik cinayətkar qruplaşmanın üzvləri bunlardır: Xıdır Q. 1970-cı il təvəllüdlü, İlkin A. 1995-ci il təvəllüdlü, Orxan M. 1992-ci il təvəlüdlü, Asim A. 1994-cü il təvəllüdlü, Telman B. 1987-ci il təvəllüdlü. Bunların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Darmadağın edilən cinayətkar dəstənin fəaliyyətindən yerli sakinlərin çoxu məlumatlı olsalar da, qorxularından səslərini çıxara bilməyiblər. Mülkləri və pulları əllərindən alınan biznesmenlər isə məhv ediləcəklərindən çəkindiklərindən hüquq-mühafizə orqanlarına müraciət etməyiblər.

Modern.az