Neft quyusunda yanğın baş verdi

10 Avqust 2016 15:34 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Siyəzən rayonu, Sədan kəndində neft quyusunda montaj işləri aparılan zaman quyunun ətrafına dağılan neft məhsulları 80 m² sahədə və ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün içərisində quraşdırılan elektrik lövhəsi və elektrik naqilləri yanıb. Buruq və ətrafda olan digər buruqlar yanğından mühafizə olunub.

Yanğın saat 12:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.