Prezident Azərtacın maliyyəsi ilə bağlı - Fərman imzaladı

10 Avqust 2016 17:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 414; 2002, № 12, maddə 726; 2015, № 8, maddə 907) ilə təsdiq edilmiş "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə"nin 13-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"13. AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.".