“Nardaran işi”ndə təqsirləndirilənlər ifadə verdi

10 Avqust 2016 18:10 (UTC+04:00)

Vəkil Fəxrəddin Mehtiyevin verdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar ittihamlarda özlərini təqsirli bilmədiklərini və polisə silahlı müqavimət göstərmədiklərini deyiblər.

Proses avqustun 11-də davam etdiriləcək. Növbəti prosesdə təqsirləndirilən şəxs, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini F.Qəhrəmanlı sərbəst ifadə verəcək.

Qeyd edək ki, T. Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Trend.az