Türkiyədə növbəti terror - 4 ölü, 19 yaralı (Yenilənib)

10 Avqust 2016 21:46 (UTC+04:00)

Bu barədə Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib.

Onun sözlərinə görə, yaralananlardan 6-sı polis, 13-ü mülki vətəndaşdır.

"Habertürk"ün məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb.

Report.az

***
20:26

Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib.

İnsident Kızıltəpə Dövlət Xəstəxanasının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, partlayıcı qurğu polis avtomobili keçdiyi zaman işə düşüb. Hadisə nəticəsində çox sayda yaralıların olduğu bildirilir.

Terror baş verən əraziyə təcili yardım maşınları gəlib.


APA.az