Rusiya ilə Türkiyə Suriya üzrə komissiya yaradıblar

10 Avqust 2016 23:16 (UTC+04:00)

Komissiyanın ilk iclası avqustun 11-də Moskvada keçiriləcək.

Məlumata əsasən, komissiyaya diplomatlar, hərbçilər, kəşfiyyat nümayəndələri daxildir.

Komissiyanın yaradılmasına dair qərar avqustun 9-da Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburqdakı görüşü zamanı verilib.


APA.az