​Suriya və İraqda 2 il ərzində 45 min İŞİD terrorçusu öldürülüb

10 Avqust 2016 23:37 (UTC+04:00)

Bu barədə koalisiya komandanlığına istinadən Qərb mətbuatı yazıb.

"Bizim qiymətləndirmələrimizə görə, biz son 11 ay ərzində təqribən 23 min düşmən döyüşçüsü öldürmüşük", - deyə koalisiya əməliyyatlarının komandanı general-leytenant Şon Makfarland bildirib.

"Əgər bura bunadək öldürülən 20 mini də əlavə etsək, o zaman düşmənin 45 min yaralı itirdiyi məlum olur", - deyə KİV generalın sözlərini sitat gətirib.


Report.az