MTN-in 20 illik agenti həbs edildi

11 Avqust 2016 08:40 (UTC+04:00)

Bu barədə rayondakı mənbə bildirib. Mənbəyə əsasən, Teylor Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-ə təhvil verilib.

2000-ci illərin əvvəllərində T.Fətişoğlu Moskvada mühacirətdə olan A.Mütəllibovun tırəfdarlarının sırasında, digər agentlərlə birlikdə MTN sıralarına daxil edilib.

Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham olunur. Fırıldaqçının toruna 20-dən çox vətəndaş düşüb ki, onlara 100 min manatdan artıq ziyan vurulub. MTN agentinin barəsində AR CM-nin 178-ci maddəsi üzrə cinayət işi başlanıb.

Virtualaz.org