Qubada süd mağazası yandı

11 Avqust 2016 10:09 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan süd məhsulları mağazasının lambirdən ibarət tavanı 6 m² sahədə və içərisində yığılmış süd məhsulları 3 m² sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 6:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.