Rövnəq Abdullayev Rioda - Azad Rəhimovla yarış izlədi + Fotolar
11 Avqust 2016 10:27 (UTC+04:00)
Bu barədə AzNews.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Bir neçə gün Rioda səfərdə olacaq Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb və gənclər və idman naziri Azad Rəhimovla birlikdə Olimpiya Oyunlarının cüdo yarışlarını izləyib.
Qeyd edək ki, cüdoçumuz Rüstəm Orucov (73 kq) Rio olimpiadasında Azərbaycana ilk medalı qazandırıb. Rüstəm yalnız finalda uduzaraq gümüş medala sahib olub. Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci olub.