Sürücülər piyadaları vurdu - 1 ölü, 1 yaralı

11 Avqust 2016 13:37 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 10-da saat 23 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində Bakı şəhər sakini Orxan Məmmədli idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini İlham Məhərrəmovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər qəza isə Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib.

Avqustun 10-da saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Yalçın Eybatov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Nail Rəhimovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib.