Elza konsertə hazırlaşır - “Təbiətin fəsilləri qonağım olacaq”

11 Avqust 2016 13:46 (UTC+04:00)

Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. Onun sözlərinə görə, konsert oktyabr ayında və Yaşıl Teatrda baş tutacaq. Konsertin adı isə belə olacaq: Elzanın təbiəti - mən küləyin gəliniyəm.

"Konsert yeniliklərlə və heyranedici nömrələrlə zəngin olacaq. Gecədə ancaq öz musiqilərimi ifa edəcəyəm", - deyə müğənni qeyd edib.

E.Seyidcahan konsertdəki qonaqlarının kimliyini də açıqlayıb: "Elzanın təbiətinin fəsilləri qonağım olacaq. İnanıram ki, tamaşaçılar heyran qalacaq".

Bahar RÜSTƏMLİ
AzNews.az